Fev
2020
21:16
284
186
5735
Virtual karabakh

Azərbaycan əhalisinin sayı artır, Ermənistanda isə azalır - STATİSTİKA

3 Fev, 2020
21:16
5735

Azərbaycan əhalisinin sayı artır, Ermənistanda isə azalır - STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Cənubi Qafqazda son 30 ildə əhali artımının qeydə alındığı yeganə dövlətdir.

Media.az məlumatına görə, bu haqda “Azadlıq Radiosu” postsovet ölkələrində 1990-2019-cu il aralığında aparılan demoqrafik tendensiyasının nəticələrinə istinadən xəbər verir. 

Belə ki, hesabat dövründə Azərbaycanda əhalinin artımı 28,5% təşkil edib. Ermənistanda (-15,7%) və Gürcüstanda(-31%)  isə əhalinin azalması qeydə alınıb. 

Təqdim edilən cədvəldə ölkələrin statistika xidmətlərinin məlumatlarından istifadə edilib.

Bu statistikaya əsasən, Azərbaycan göstərilən dövr üzrə əhalinin artımına görə postsovet məkanında ilk beşliyə daxil olub. 

Siyahıya Tacikistan(57%) başçılıq edir, Gürcüstan isə sonuncu pillədə qərarlaşıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri