Fev
2020
20:44
46
273
16403
Virtual karabakh

Çıldaq nədir - mövhumat, ya müalicə üsulu? - VİDEO

4 Fev, 2020
20:44
16403

Çıldaq nədir - mövhumat, ya müalicə üsulu? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkəçarənin bir növü hesab olunan çıldaq qədim zamanlardan qorxunu götürmək məqsədilə müalicə üsulu kimi istifadə olunub. Bakının Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahı el arasında daha çox “Çıldaq” kimi tanınır. Bir çox insan xüsusilə Bakı camaatı zaman-zaman öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün “çıldaq müalicəsi”nə üstünlük veriblər.

Bəs əslində Çıldaq necə edilməlidir? Və ya hər kəs çıldaq edə bilərmi? Uzun müddət bu işlə məşğul olan çıldaqçı qadın deyir ki, hər kəs bu işlə məşğul ola bilməz. Çıldaqçılıq irsən keçir insana. Müsahibimiz bildirir ki, onlarda da bu nəsildən-nəslə keçib. Çıldaqçı qadın deyir ki, müalicə üçün bura gələnlərin sayı kifayət qədərdir. Hətta bəzən həkimlər öz xəstələrini bizim yanımıza göndərirlər.

Söhbətimiz ərzində çıldaq etmə prosesinin necə aparıldığını da öyrəndik. Çıldaqçı qadın prosesi əyani şəkildə göstərərək işini belə izah etdi:

“Çıldaq zamanı müəyyən nöqtələrə xüsusi parçadan hazırlanmış köz vurulur. Həmin nöqtələr isə alında, oynaqlarda, topuqlarda, boyun nahiyəsində və qollarda olur. Bu zaman sinirlər ayılır, qan dövranı yaxşılaşır”.

Burada sonuncu mərhələ isə şüşə qab sındırmaqdır. Belə ki, burada digər bir qadın qorxunun götürülməsini niyyət edərək butulkanı ziyarətçinin başına fırlayaraq təyin olunmuş yerə çırparaq sındırır. Bununla da proses başa çatmış hesab olunur.

Müsahibəmiz ərzində onu da öyrəndik ki, prosesi tamamilə bitirmək üçün bir insan üç dəfə çıldaq olunmalıdır. Onu da qeyd edək çıldaq müalicəsi tək sözügedən pirdə yox, Bakının bir çox yerlərində həyata keçirilir.

Sail Ağasəlim

Vasif Miradəmov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri