Fev
2020
19:04
16
108
5410
Virtual karabakh

Valdis Pelş nə üçün hələ də Azərbaycanla bağlı sənədli film çəkməyib?

5 Fev, 2020
19:04
5410

Valdis Pelş nə üçün hələ də Azərbaycanla bağlı sənədli film çəkməyib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin dekabrında məşhur rusiyalı şoumen, teleaparıcı və prodüser Valdis Pelş təcili şəkildə xəstəxanaya yerləşdirilib.

O, sinəsindəki ağrılar səbəbindən Moskvadakı xəstəxanalardan birinə çatdırılıb. Bu barədə Rusiya mətbuatı yazıb.

Valdis Pelş Media.Az-a verdiyi açıqlamada hazırda sağlamlığı ilə bağlı hər şeyin qaydasında olduğunu bildirib.

“Sağlamlığımla bağlı heç bir problemim yoxdur. Mən bu cür şeyləri şərh etməyi sevmirəm”, - Valdis deyib.

Ancaq Valdis Pelş Azərbaycanı sevir, həmişə ölkəmiz barədə çox hərarətlə danışır.

Valdis Pelş etiraf edir ki, ildə ən azı bir dəfə Bakıda olur və hələ bir neçə il bundan əvvəl Azərbaycan haqqında film çəkmək fikrinə düşüb.

Valdis Pelşin çəkdiyi sənədli filmlər möhtəşəm alınır. Bunu ən azı Rusiyanın “Birinci kanal”ında baş tutan “Antarktika, 3 qütbə səyahət” işinin premyerası da sübut edir.

Azərbaycana gəldikdə isə, Valdis Pelşin sözlərinə görə, o, maliyyələşmə olacağı halda böyük məmnuniyyətlə film çəkməyə hazırdır.

“Lakin, təəssüflər olsun ki, maliyyə yoxdur. Əgər olsa, o zaman hər şey mümkün olacaq”, - V.Pelş bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri