11 
Fev
2020
16:09
123
34
3621
Virtual karabakh

Oxu.Az işıqlandırdı, Nazirlik hərəkətə keçdi: Modul tipli məktəb quraşdırılacaq - VİDEO

11 Fev, 2020
16:09
3621

Oxu.Az işıqlandırdı, Nazirlik hərəkətə keçdi: Modul tipli məktəb quraşdırılacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Şəmkirin Varlı həyat kəndindəki Kəlbəcər rayonunun 96 saylı məktəbi kifayət qədər bərbad və olduqca ciddi uçqun təhlükəsi ilə qarşı-qarşıyadır. Sinif otağında divar boyu elektrik naqilləri gedir. Bu məktəblilər üçün çox ciddi təhlükədir.  

Məsələ ilə bağlı Təhsil Nazirliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin məktəbin şagird və müəllim heyətinin yaxınlıqdakı məktəbə köçürülməsi nəzərdə tutulur. Onların yerləşdirilməsi nəzərdə tutulur və bunun üçün müvafiq nəqliyyat təşkil olunacaq. 

Sözügedən məktəbin yerində modul tipli məktəb quraşdırılacaq.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri