13 
Fev
2020
15:00
10
68
2452
Virtual karabakh

ABŞ, yoxsa Böyük Britaniya? - Bunu Bakıdakı təhsil sərgisində öyrən

13 Fev, 2020
15:00
2452

ABŞ, yoxsa Böyük Britaniya? - Bunu Bakıdakı təhsil sərgisində öyrən

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər bir iddialı insanın karyerasının əvvəlində xaricdə təhsil lazımdır. O, dünyagörüşünü genişləndirir, dərin biliklər verir, yeni tanışlıqlara yol açır.

Xaricdə təhsil almaq istəyir, lakin hansı universiteti seçəcəyinizi bilmirsiniz?

Fevralın 23-də Bakıda, “JW Marriott Absheron” hotelində 100-dən çox xarici ali təhsil müəssisəsinin nümayəndələrinin iştirak edəcəyi sərgi keçiriləcək. Onların arasında Avropa, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyanın ən yaxşı universitetləri, dünyanın müxtəlif guşələrində 10 yaşından yuxarı uşaqlar üçün nüfuzlu məktəblər, eləcə də, dünyanın ən məşhur universitetlərinin dil mərkəzləri və yay kursları var.

Siz University of Glasgow, Lancaster University, Durham University, Cardiff University (Böyük Britaniya), American University, UCLA Extension, Amerigo Education, Leman Manhattan School (ABŞ), Swiss International Scientific School (Dubay) və digərləri daxil olmaqla, bütün maraqlandığınız universitetlərin və məktəblərin nümayəndələrinə suallar verə bilərsiniz.

Sərginin təşkilatçısı Bakının ən böyük tədris mərkəzi olan “AzeriStudent” şirkətidir.

Nə vaxt: 23 fevral, saat 12:00-dan 18:00-dək

Harada: “JW Marriott Absheron”, “Sharq” zalı

Giriş: Pulsuz

Qeydiyyat zəruridir. Qeydiyyatdan keçmək üçün bu linkdən və ya (+99450) 295 97 76 / (+99450) 512 28 28 / (+99412) 488 66 78 telefon nömrələrindən istifadə edin.

“AzeriStudent” şirkəti artıq 12 il ərzində Azərbaycanda dünyanın nüfuzlu məktəb və universitetlərini təmsil edir. Tələbələr hər zaman “AzeriStudent” şirkətinin ofislərində pulsuz məsləhət ala bilər. Ünvan:

Nobel prospekti, 15, Azure Business Center, 20-ci mərtəbə, ofis 135

Nobel prospekti, 25, Baku White City, 5-ci mərtəbə, ofis 519

Sosial şəbəkələrdə “AzeriStudent” şirkətinin səhifələrinə abunə olun

“Instagram”: Xaricdə təhsilStudyabroad_by_Azeristudent 

“Facebook”: Azeristudent.azXaricdə orta təhsil

Sərgidə təmsil ediləcək ali təhsil müəssisələrinin və məktəblərin siyahısı:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri