14 
Fev
2020
10:57
9
128
4743
Virtual karabakh

Sürücünün qəfil əyləci basması qəzaya səbəb oldu - VİDEO

14 Fev, 2020
10:57
4743

Sürücünün qəfil əyləci basması qəzaya səbəb oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə yayımlanan görüntülərdən aydın görünür ki, qəzaya sürücünün qəfil əyləci basması səbəb olub.

Belə ki, “KİA” markalı avtomobilin sürücüsü sürət həddi 60 km/saat olan yolda qəfil əyləci basıb. Bu zaman arxadan gələn “Mercedes” markalı avtomobilin sürücüsü həmin maşınla toqquşmamaq üçün nəqliyyat vasitəsini sağa çəkib və bordürə çırpılıb.

Həmin görüntülər arxadan gələn avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri