14 
Fev
2020
14:31
77
216
18024
Virtual karabakh

Bakıda 18 milyon manata villa satılır - FOTO

14 Fev, 2020
14:31
18024

Bakıda 18 milyon manata villa satılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda satılan bəzi villaların qiymətləri dodaq uçuqladır, desək, yanılmarıq.

Oxu.Az xəbər verir ki, qiymətlər beş milyondan 18 milyon manata qədərdir. 

Bakıda hazırda satılan ən baha villa 18 milyon manatadır. Əmlak Sabunçu rayonu Bilgəh bağları deyilən ərazidədir. Əmlakın ümumi sahəsi 1700 kv.m.-dir.

Bundan başqa, Bakının Səbail rayonu, Badamdar qəsəbində 10 milyon manata villa satılır. Villanı qeyri-adi edən onun xüsusi lahiyə əsasında tikilməsidir. 

Paytaxtın mərkəzində Tbilisi prospektində 25 sot ərazidə tikilən dördmərtəbəli villa isə yeddi milyon manata satılır. 

Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən villa isə 5 950 000 manata satılır. 

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində isə 5,7 milyon manata villa satışa çıxarılıb.

Şəhərin Mərdəkan və Bilgəh qəsəbələrində, Nərimanov, Səbail və Nizami rayonlarında qiyməti beş milyon manat olan villalar satışa çıxarılıb. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri