14 
Fev
2020
16:38
15
48
1991
Virtual karabakh

“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır - VİDEO

14 Fev, 2020
16:38
1991

“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yüksəliş” müsabiqəsi onlayn mərhələnin ümumi biliklər üzrə əsas və ilk imtahanına başlayır. İmtahan 16 fevral tarixində keçiriləcək.

İştirakçılar əvvəlcədən şəxsi kabinetlərinə göndərilən müvafiq vaxta uyğun imtahana qatılacaqlar. İmtahan saat 11:00 və 15:00 olmaqla, iki növbədə təşkil edilib. Bu imtahana qatılmayan namizədlər növbəti mərhələyə buraxılmayacaq.

İmtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla, dörd blok üzrə aparılır. 84 sual üçün iki saat vaxt ayrılıb. Hər fənn üzrə 21 sual təqdim olunur.

İmtahan müddəti iki saatdır. Hər sual üçün çətinliyindən asılı olaraq, 30-90 saniyə vaxt ayrılıb. Test blokları arasında 10 dəqiqəlik fasilə olacaq. Bu fasilədən istifadə etmək iştirakçıların ixtiyarındadır. Sayta “Firefox”, “Safari” və “Chrome” brauzerlərdən biri vasitəsilə daxil olmaq mümkündür. Həmin müddət ərzində internet bağlantısının minimal sürəti 100 Kbit/san olmalıdır.

Layihənin İşçi qrupu tərəfindən namizədlərin suallarını dərhal cavablandırmaq və bütün mümkün texniki çatışmazlıqları aradan qaldırmaq məqsədilə Çağrı Mərkəzi (tel: 1820) yaradılıb. Həmçinin, layihənin sosial şəbəkələrdəki səhifələrinə, elektron poçtuna ünvanlanan müraciətlər əsasında iştirakçılara dəstək göstəriləcək.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri