14 
Fev
2020
17:04
45
85
4495
Virtual karabakh

İstirahət günlərinin hava proqnozu: Şaxta olacaq

14 Fev, 2020
17:04
4495

İstirahət günlərinin hava proqnozu: Şaxta olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil olacaq.

Qazax-Gəncə zonasında havanın yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, fevralın 15-də arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 7-10 dərəcə isti təşkil olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri