15 
Fev
2020
10:37
9
122
2396
Virtual karabakh

Sərxoş sürücü eyni vaxtda üç qəza törətdi

15 Fev, 2020
10:37
2396

Sərxoş sürücü eyni vaxtda üç qəza törətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində sərxoş sürücü avtomobilini öncə başqa bir avtomobilə, daha sonra hasara çırpıb, sonda isə piyadanı vurub.

Report-un məlumatına görə, Gəncə şəhər sakini Zakir Məmmədov sərxoş halda idarə etdiyi “QAZ-24” markalı avtomobilini qarşıdan gələn “VAZ-2106” markalı avtomobillə çırpıb.

Sərxoş sürücü hadisə yerindən qaçmaq istəyən zaman avtomobili qarşıdakı evin hasarına çırpıb. Daha sonra hadisə yerindən uzaqlaşmağa cəhd edərkən piyadını vurub.

Nəticədə, piyada yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri