16 
Fev
2020
21:30
27
373
9242
Virtual karabakh

Gəncədə sürücü sükan arxasında ürəktutması keçirib öldü

16 Fev, 2020
21:30
9242

Gəncədə sürücü sükan arxasında ürəktutması keçirib öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə ölüm faktı qeydə alınıb. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacıkənd qəsəbəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Mustafayev Cəlal Hilal oğlu idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən ürəktutması keçirib.  

Bu zaman minik maşını yoldan çıxaraq kənardakı hasara çırpılıb. Nəticədə sürücü dünyasını dəyişib. 

Müayinə zamanı məlum olub ki, sürücü qəza nəticəsində deyil, ürəktutması nəticəsində keçinib. C.Mustafayevin meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. 

Qeyd edək ki, hadisə zamanı sürücünün həyat yoldaşı da yanında olub. 

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri