16 
Fev
2020
23:19
31
123
6126
Virtual karabakh

Seysmoloq Azərbaycanda baş vermiş iki zəlzələ haqqında: “Təşvişə ehtiyac yoxdur”

16 Fev, 2020
23:19
6126

Seysmoloq Azərbaycanda baş vermiş iki zəlzələ haqqında: “Təşvişə ehtiyac yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təşviş yaratmağa ehtiyac yoxdur. Bu gün qeydə alınan hər iki zəlzələ zəif zəlzələdir. Şamaxıda qeydə alınan zəlzələ hiss olunmayıb ( ml=3.0), bir neçə dəqiqə əvvəl Lənkəran-Lerik sərhədində qeydə alınan zəlzələ (ml=3.5) Lerikdə 3 bala qədər hiss olunub”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı gün ərzində ölkəmizdə baş verən zəlzələlərə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, qeydə alınan hər iki zəlzələ zəif olub: “Hər iki təkanda dərinlik Yer səthinə yaxındır. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran-Lerik sərhədində 10 kilometrdir. Nəzərə almaq lazımdır ki, hər iki rayon seysmik aktiv bölgədə yerləşir və belə bölgələrdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanların qeydə alınması mümkündür”. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri