17 
Fev
2020
10:12
28
11
1278
Virtual karabakh

Gənclər Fondundan həssas qruplar üçün daha bir layihə - FOTO

17 Fev, 2020
10:12
1278

Gənclər Fondundan həssas qruplar üçün daha bir layihə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8-13 fevral 2020-ci ildə Vişeqrad+ Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsi baş tutub.

Bununla bağlı Gənclər Fondu məlumat yayıb.

9, 10 fevral 2020-ci ildə Gürcüstanda baş tutan təlim prosesində beş ölkədən olan 10 gənc həssas qrupdan olan gənclərin inklüzivliyi və bu istiqamətdə qarşılaşdıqları çətinlikləri bölüşüblər.

Təlim iştirakçıları Norveç psixoloqu Erik Eriksonun psixoloji inkişaf nəzəriyyəsi haqqında məlumatlandırılmış və qrup işində bu nəzəriyyənin praktiki olaraq iş prosesində tətbiq olunma yollarını müzakirə ediblər.

Günün sonunda iştirakçılar qruplara ayrılaraq, gənclərin inklüzivliyinin artırılması ilə bağlı risk faktorlarını müzakirə etmiş və fiziki, sosial, psixoloji aspektdən təhlillər aparıblar. 

Layihənin növbəti mərhələsi 12 fevralda Polşanın Vroslav şəhərində baş tutub. İştirakçılar “Dolnośląska Wojewódzka Komenda Ochotniczych Hufcow Pracy” və “Regionalny Urząd Rządowy UMWD” mərkəzlərinə səfər ediblər. Təşkilatlar həssas qrupdan olan gənclər ilə çalışarkən qarşılaşdığı çətinlikləri və öhdəsindən gəlmək üçün istifadə etdikləri strategiyanı iştirakçılarla bölüşüblər.

“Prywatny Ośrodek Terapii Uzależnień TRATWA” mərkəzində təlimçi fiziki məhdudiyyətli gənclərlə necə işlədiyini praktiki şəkildə iştirakçılara izah edib. Sessiya zamanı iştirakçılar da öz təcrübələrini bölüşərək, onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.

13 fevralda Çexiyanın Ostrava şəhərində “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin son günü uğurla başa çatıb.

 Məlumat sessiyası zamanı iştirakçılar həssas qrupdan olan insanların işləri və ideyaları əsasında fəaliyyət göstərən “Spirala Ostrava” mərkəzi ilə yanaşı fiziki məhdudiyyətli şəxslər tərəfindən yaradılmış “Edukana” və “Mlecny Bar Naproti” restoranlarına da səfər ediblər.

Azərbaycanlı nümayəndə Kamran Əzizli bildirib ki, “Sosial bərabərliyə nail olmaq üçün cəmiyyətdə xüsusi diqqətə ehtiyacı olan qrupların maraqları nəzərə alınmalıdır. Bu istiqamətdə xarici təcrübənin öyrənilməsi  gənclərin fəaliyyət istiqamətlərini daha da genişləndirir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri