Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sərnişinlər şikayət edir: “Avtobusu necə gəldi idarə edirlər”
Bakıda daha bir avtobus sürücüsü sərnişinlərə qarşı kobud davranıb.
Oxu.Az xəbər verir ki, bu dəfə 92 nömrəli müntəzəm xətt üzrə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
Bu barədə sərnişinlərin redaksiyamıza ünvanladıqları şikayətdə qeyd olunub.
Şikayətdə bildirilir ki, sürücü yolboyu mobil telefonla danışaraq nəqliyyat vasitəsini diqqətsiz şəkildə idarə edib:
“Avtobusu necə gəldi idarə edirlər. Sərnişinlər etirazını bildirəndə isə sürücülər “50 manat cəriməsi var, ödəyəcəyik, bitəcək. Hara istəyirsiniz şikayət edin” deyə bildirirlər”.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Ən çox oxunanlar
Rəylər