17 
Fev
2020
12:40
35
160
3537
Virtual karabakh

Rusiyada qanunsuz ticarətlə məşğul olan azərbaycanlılar tutuldu

17 Fev, 2020
12:40
3537

Rusiyada qanunsuz ticarətlə məşğul olan azərbaycanlılar tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xabarovsk vilayətinin Komsomolsk-na-Amur şəhərində qanunsuz ticarətlə məşğul olan azərbaycanlılar saxlanılıb.

Hab.aif.ru-nun xəbərinə görə, son dörd il ərzində xarici vətəndaşların ticarətlə bağlı qanun pozuntuları nəticəsində 806 inzibati protokol tərtib edilib.

Bildirilir ki, ərazidə ticarətlə bağlı qanunu pozanlar, əsasən, Azərbaycan, Qırğızıstan və Tacikistan vətəndaşlarıdır.

Onlar xüsusilə yaz-yay aylarında daha çox qanunsuz ticarətlə məşğul olurlar.

Şəhər rəhbərliyinin Bazar İstehlak Şöbəsi, Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin polislərlə birgə əməkdaşlığı qeyri-qanuni ticarətin qarşısını almaq və günahkarları inzibati məsuliyyətə cəlb etmək üçün daim iş aparır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri