17 
Fev
2020
11:46
131
75
7551
Virtual karabakh

YPX avtomobili “Mercedes”ə çırpıldı - VİDEO

17 Fev, 2020
11:46
7551

YPX avtomobili “Mercedes”ə çırpıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yol Patrul Xidməti (YPX) avtomobili “Mercedes” markalı avtomobilə çırpılıb.

Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, yol-nəqliyyat hadisəsi dünən Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, qəzaya sağ hərəkət zolağını gözləmədən qəfil yola çıxan nəqliyyat vasitəsi səbəb olub:

“Görüntülərdə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün patrul xidmətinin avtomobilini görürsünüz. Avtomobillərdən biri nasazlıq səbəbindən yolun hərəkət istiqamətində qalıb. Qarşıda hərəkət edən “Mercedes” markalı avtomobil isə qəfil manevr edərək YPX avtomobilinin önünə keçib. Patrul avtomobili qəzadan yayınmağa çalışsa da, bu mümkün olmayıb. Nəticədə YPX avtomobili həmin avtomobil ilə toqquşub”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri