17 
Fev
2020
16:00
155
91
3436
Virtual karabakh

Paşinyanın qeyri-peşəkar şüvənliyi və nokaut

17 Fev, 2020
16:00
3436

Paşinyanın qeyri-peşəkar şüvənliyi və nokaut

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Fakt elə şeydir ki, tərs şillə kimi adamın üzünə çırpılır! Ermənilər özləri də etiraf etdilər ki, Paşinyan həm Ermənistanda, həm də xaricdə nağıl danışır! Nağılı zəif danışanda da ona “ayıb olsun” deyirlər. 

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində iştirak etdilər. Bu hadisə həm Azərbaycanda, həm də Ermənistanda böyük maraqla izləndi. Ermənilər açıq şəkildə etiraf etdilər ki, Paşinyan “böyük erməni” xalqını biabır etdi.

Erməni yazıçısı Anna Turcotte öz sosial media hesabında Paşinyana “ayıb olsun” ifadəsini yazmaqdan çəkinmədi. Paşinyanın debatda uduzduğunu, onun küt olduğunu yazdı. Erməni yazıçısı qeyd etdi ki, N.Paşinyanın bütün Ermənistanı gülünc vəziyyətə salıb.

Bir az keçməmiş Ermənistanın keçmiş Müdafiə naziri Artak Zakaryan öz “Facebook” hesabında yazdı ki, “Münhen debatı məni məyus etdi. Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər - bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı”. 

Daha sonra erməni müğənnisi Anna Xovnerin erməni KİV-də paylaşmaları üzə çıxdı. Anna da dedi ki, “Mən utandığımdan yerə girməyə hazıram. Nikol Paşanyan, əgər sizin evdəkilər desələr ki, siz parlaq çıxış etmisiniz, onlara inanmayın. Reallıqdan qaçmayın, siz sadəcə Sıfırsınız!”

Sonra erməni politoloq Andranik Tevanyan sosial media hesabında yazdı ki,  Əliyevin “Şahin” görünüşü fonunda Paşinyan Qərbin gözündə xal toplamaq üçün “Sülh göyərçini” kimi çıxış etməyə çalışır, amma bu, xüsusilə Münhendə mənasız və təhlükəli bir fəaliyyətdir”. 

Amma bütün bunlara baxmayaraq, ermənilər öz “Böyük Ermənistan” ideyaları uğrunda dayanmadan işləyirlər. Bütün qüvvələrini buna sərf edir, beynəlxalq müstəvidə təbliğat aparırlar. Bizdə isə hər kəs hər şeyi dövlətdən gözləyir.

Dövlətin etdiyini də bəyənmir. İçimizdəki “qurdların”, görünür, ürəyi yaman xarab olub Paşinyana görə. Ermənilər özləri Paşinyanı ağ yuyub, qara sərdikləri halda, “bizimkilərin” bəziləri Azərbaycan dövlətinin, siyasətinin qalibiyyətini həzm edə bilmirlər. Sonra da Qarabağ münaqişəsinin həllindən dəm vururlar. 

Mənim dediyim nədir?! Erməninin əxlaqsızı də, şərəfsizi də, alimi də, siyasətçisi də bir olmağı bacarır! Münhendə Prezident İlham Əliyev Azərbaycan siyasətini, mövqeyini ortaya qoyduğu halda, bizimkilər nala-mıxa vurdu. Sanki bu elə-belə xırda məsələ idi, böyütmək lazım deyildi.

Qardaşlar, elə məsələlər var ki, orada parçalanmaq olmaz, bu, yolverilməzdir! Bu gün Qarabağ münaqişəsinin həlli daha çox informasiya müharibəsindən asılıdır.  Bu gün hər birimizin sosial şəbəkəyə çıxmaq imkanımız olduğu halda, özümüzü axmaq vəziyyətə salmayaq. Deməyə sözünüz yoxdursa, heç olmasa susun! Havadan, sudan yazın! Başınız girməyən yerə bədəninizi salmayın. 

Münhen görüşünü izləyənlər gördü ki, Prezident İlham Əliyev bütün cəbhə boyu Paşinyanı və erməni siyasətini böyrü üstə qoydu. Faktlarla, sübutlarla danışdı. Siyasi iradə sərgilədi. Bu an dünyada bir sıra koalisiyalar var. Və bu güc birləşmələri tələb olunan hədəfə bir yerdə vururlar. Amma etiraf edin ki, bu gün Azərbaycan təkdir, tək vuruşur.

Bu gün siyasi meydanda İlham Əliyev tək savaşır. Sadəcə, nəsə yazanda, deyəndə bunu düşünün. Əgər daha yaxşısını edə biləcəksinizsə, edin. Beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini çatdırın. Yerli icmalarla görüşün, lobbi təşkil edin. Əcnəbi dillərdə resurslar yaradın, faktlarla paylaşın. Dünyanın hər bir nöqtəsində insanları sizi dinləməyə məcbur edin. Vadar edin. Əks halda, lütfən, susun.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri