17 
Fev
2020
13:18
72
10
1748
Virtual karabakh

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlandı

17 Fev, 2020
13:18
1748

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üçün yeni hazırlanan və ya təkmilləşdirilən dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. 

Təhsil Nazirliyindən verilən məlumata görə, bu məqsədlə layihələr www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. 

Yaxın zamanlarda bütün layihələrin sayta yerləşdirilməsi başa çatdırılacaq.

Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik komplektlərinin layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri