17 
Fev
2020
14:17
10
151
4749
Virtual karabakh

Bakıda ağır qəza: Dörd avtomobil toqquşdu, yük maşını aşdı - VİDEO

17 Fev, 2020
14:17
4749

Bakıda ağır qəza: Dörd avtomobil toqquşdu, yük maşını aşdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb.

“Bakı Metropoiteni” QSC-nin “Həzi Aslanov” stansiyası yaxınlığında baş verən qəzada dörd minik və bir yük avtomobili toqquşub.

Şahidlərin sözlərinə görə, toqquşmanın gücündən yük maşını yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən adıçəkilən küçədə tıxac yaranıb. Qəzada xəsarət alanların olduğu da deyilir.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri