17 
Fev
2020
15:51
116
23
2315
Virtual karabakh

“Azerbaijan Airlines” jurnalının fotoqrafı AIPS mükafatının laureatı oldu - FOTO

17 Fev, 2020
15:51
2315

“Azerbaijan Airlines” jurnalının fotoqrafı AIPS mükafatının laureatı oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 “Azərbaycan Hava Yolları”nın bütün reyslərində paylanan “Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrin nəşrin 2019-cu ildə işıq üzü görən 60 nömrəli sayında dərc olunan “Yaylağa gedən yol” reportajına görə Dünya İdman Mətbuatı Assosiasiyasının mükafatına layiq görülüb.

1924-cü ildən bəri mövcud olan Dünya İdman Mətbuatı Assosiasiyası (AIPS) bu sahədə dünyanın ən nüfuzlu təşkilatlarından biridir. Assosiasiya beş qitənin aparıcı idman mediasını təmsil edir.

Bu, idman hadisələrini işıqlandıran jurnalistlər cəmiyyətində ən yüksək mükafat hesab edilir. Bu ilin fevral ayında Budapeştdə “AIPS Sport Media Awards 2019” müsabiqəsinin nəticələrinə yekun vurulub. Müsabiqədə 125 ölkədən iki minə yaxın jurnalist öz işini təqdim edib. “Fotoqrafiya”, “Çap Mətbuatı” və “Jurnalist Bloqu” kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilib. O cümlədən, “Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrinə mükafat təqdim edilib.

Yüzlərlə işin arasından məhz onun birinci “Milli Yaylaq Festivalı”na həsr olunan “Yaylağa gedən yol” adlı fotoreportajının mükafatlandırılmasında, şübhəsiz ki, yalnız nəşrin əməkdaşının deyil, həmçinin Azərbaycanın Gədəbəy bölgəsində həyata keçirilmiş rəngarəng tədbirin təşkilatçılarının və qonaqları ölkənin həyatı ilə daha yaxından tanış etmək istəyən AZAL rəhbərliyinin də böyük xidməti vardır. 

“Lakin, hər şeydən əvvəl, bu, Azərbaycanın idman uğurlarınının və milli mədəniyyətin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsidir”, – AIPS mükafatı laureatı Serqey Kivrin qeyd edib.

Azərbaycanın idman uğurları danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti sayəsində ölkəmiz yalnız idman dövlətləri arasında deyil, beynəlxalq yarışların təşkilatçıları arasında da mühüm yer tutub. Ölkədə baş verən digər irimiqyaslı tədbirlər kimi, onların da əksəriyyəti “Azerbaijan Airlines” jurnalının səhifələrində öz əksini tapıb.

“Biz Azərbaycan haqqında danışmağı, onun nailiyyətlərini sərhədlərimizdən kənarda təbliğ etməyi əsas vəzifəmiz kimi görürük və bu həm dövlətimizin beynəlxalq nüfuzunun artmasına, həm də ölkəmizə turistlərin cəlb edilməsinə kömək etməlidir”, – AZAL vitse-prezidenti, “Azerbaijan Airlines” jurnalının rəhbəri Eldar Hacıyev AIPS mükafatını şərh edərək bildirib.

Biz isə öz növbəmizdə AIPS mükafatından əlavə son iki ayda Beşinci Beynəlxalq Fotosalonunun (Sofiya) qızıl medalına və həmçinin ABŞ-ın məşhur ViewBug (www.viewbug.com) foto saytı tərəfindən “Göygöl Gölü” şəklinə görə on mükafata layiq görülmüş Sergey Kivrini təbrik edir, ona yeni uğurlar və parlaq reportajlar arzulayırıq!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri