17 
Fev
2020
16:31
30
200
5161
Virtual karabakh

“Qaçqınkom” rəsmisi: “Köçkün ailələri mənzil almaq üçün bu yola əl atır” - VİDEO

17 Fev, 2020
16:31
5161

“Qaçqınkom” rəsmisi: “Köçkün ailələri mənzil almaq üçün bu yola əl atır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yeni mənzilə sahib olmaq üçün məcburi köçkünlər arasında həddindən artıq “süni” boşanmalar var.

Oxu.Az-ın məlumatına görə, bunu İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.

O bildirib ki, məhkəmənin qərarı olduğu üçün bu halda nə isə etmək mümkün deyil:

“Məhkəmənin qərarının saxta olduğunu deyə bilmərik. Amma bilirik ki, bu, “süni” boşanmadır. Bunu bütün köçkün ailələrinə aid etmirəm. Amma bəziləri çalışırlar ki, bu yolla mənzil alsınlar. Hansısa köçkünün şəxsi evi var, amma öz adına deyil.

Evin həmin şəxsə aid olduğunu sübut etmək olmur. Dövlət Komitəsi üçün ən böyük problemi bu hallar yaradır. Təsəvvür edin ki, ata oğul ilə, oğul atası ilə, ana qızı ilə yola getmir və ayrı ev tələb edirlər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri