17 
Fev
2020
21:42
47
274
6918
Virtual karabakh

Baş nazirdən qərar - Azərbaycana idxal edilən bu məhsulların aksiz dərəcəsi artırıldı

17 Fev, 2020
21:42
6918

Baş nazirdən qərar - Azərbaycana idxal edilən bu məhsulların aksiz dərəcəsi artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

Bu qərar dərc edildiyi gündən 30  gün sonra qüvvəyə minir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri