18 
Fev
2020
10:02
11
105
4777
Virtual karabakh

FHN rəsmisi “Sədərək”dəki yanğından danışdı - VİDEO

18 Fev, 2020
10:02
4777

FHN rəsmisi “Sədərək”dəki yanğından danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“FHN-ə yanğınla bağlı məlumat bu gün səhər 07:39 radələrində daxil olub”. 

Oxu.Az xəbər verir ki, bunu ərazidə olan Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi Əkbər Novruzov deyib.

O bildirib ki, dərhal ərazi üzrə Qaradağ Rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əraziyə FHN-nin 23 texnikası, 125 nəfər canlı qüvvəsi cəlb olunub. Yanğının dərəcəsi ikinci dərəcəli elan olunub. Yanğın bir saata yaxın müddətdə davam edib.

Yanğın ticarət mərkəzinin 900-1000 kvadrat metr ərazisini əhatə edib. İlkin səbəb hələlik məlum deyil. Araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri