18 
Fev
2020
10:54
29
148
5501
Virtual karabakh

“Sədərək”də mağazası yanan sahibkar: “Sığortamız yoxdur” - VİDEO

18 Fev, 2020
10:54
5501

“Sədərək”də mağazası yanan sahibkar: “Sığortamız yoxdur” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı 60 mağazaya ziyan dəyib. 

Oxu.Az xəbər verir ki, hadisə zamanı zərər görən mağaza sahiblərindən biri sığortalarının olmadığını bildirib:

“Nə sığorta? Bazarda sığorta var? Ancaq yer pulu veririk”.

Mağaza sahibləri deyir ki, yanğın ilk olaraq dəri satılan mağazadan başlayıb, sonra parça satılan mağazaya keçib. 

“300-400 top parça olan mağaza yanıb. Parçaların bir topu 150-200 manatdır. Ən az dəyən zərər 100 min manatdır”.

Qeyd edək ki, yanğın 900-1000 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri