18 
Fev
2020
11:41
23
190
4746
Virtual karabakh

“Sədərək” son dörd ildə neçə dəfə və niyə yanıb? - SİYAHI

18 Fev, 2020
11:41
4746

“Sədərək” son dörd ildə neçə dəfə və niyə yanıb? - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində tez-tez yanğın baş verir. 

365.az “Sədərək” ticarət mərkəzinin son dörd ildə neçə dəfə yandığını araşdırıb:

2016-ci il 24 sentyabr - Yanğın qısaqapanma nəticəsində baş verib.

2017-ci il 10 iyun - “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində iki mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb.

2018-ci il 16 noyabr - Yanğının Yeni il malları satılan anbarda başladığı bildirilib.

2019-ci il 26 fevral - Cərgələrdən kənarda yerləşən anbarda yanğın olub.

2019-ci il 5 avqust - Ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb.

2020-ci il 18 fevral - İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 900-1000 kvadratmetr sahəni əhatə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri