18 
Fev
2020
12:56
23
122
4311
Virtual karabakh

İcbari tibbi sığorta tətbiq olunan müəssisələrdə həkimlərin maaşı kəsilir?

18 Fev, 2020
12:56
4311

İcbari tibbi sığorta tətbiq olunan müəssisələrdə həkimlərin maaşı kəsilir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İcbari tibbi sığorta tətbiq olunan rayonlarda fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkimlərin maaşlarından 40 manat tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaşlar tərəfindən paylaşılan məlumatda qeyd olunub.

Vətəndaşlardan biri yazıb ki, icbari tibbi sığorta tətbiq olunan rayonlarda həkimlərin maaşlarının artacağı deyilsə də, artım olmayıb:

“Yanvarın 1-dən etibarən icbari tibbi sığorta tətbiq olunan rayonlarda həkimlərin maaşlarında artım olacağı qeyd olunurdu. Amma tam əksinə, artım əvəzinə yanvar ayında işçilərin maaşından 40 manat tutulub. Bununla bağlı heç bir açıqlama verilməyib. Dəfələrlə İTS-nin qaynar xətti ilə əlaqə saxlamışıq. Lakin telefonlarımıza cavab verən olmayıb. Görəsən, İTS-nin baş verənlərdən xəbəri varmı? Maaşlardan tutulan məbləğlə bağlı tibb işçilərinə nə üçün açıqlama verilmir? Üstəlik, təhdid edirlər ki, kimin şikayəti varsa, özü gəlsin”.

Məlumatla bağlı İcbari Tibbi Sığorta Agentliyinə müraciət etdik. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdilər ki, həkimlərin aylıq maaşlarında (Vahid Tarif Cədvəli) azalma yoxdur:

“Artıq xəstə qəbulu ilə bağlı normativlər tətbiq olunmadığından icbari tibbi sığorta əlavələrinin tətbiqi də ləğv edilib. Bu səbəbdən də həkimlərin gəlirlərində azalma müşahidə olunur. Həmin əlavələr isə faiz nisbəti ilə xidmətə görə, həvəsləndirici əlavələrdə öz əksini tapacaq. 

Hazırda xidmətə görə həvəsləndirici əlavələr verilmədiyindən ancaq həkimlərin aylıq maaşlarını (Vahid Tarif Cədvəli) və bəzi həkimlərin icbari tibbi sığorta əlavəsi alması yanlış anlaşılmaya səbəb olur. Həmçinin, bildiririk ki, pilot layihə dövründə icbari tibbi sığorta əlavələri dövlət dotasiyası hesabına verilirdi. Hazırda isə əməkhaqları icbari tibbi sığorta haqları hesabına maliyyələşir”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri