18 
Fev
2020
15:29
172
26
3791
Virtual karabakh

Oxu.Az işıqlandırdı: Daha bir problem həllini tapdı - FOTO

18 Fev, 2020
15:29
3791

Oxu.Az işıqlandırdı: Daha bir problem həllini tapdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonu, Türkan qəsəbəsi Üzümçülük Sovxozu adlanan ərazidə yolların bərbad vəziyyətdə olması barədə məlumat vermişdik.

Sakinlər tərəfindən Oxu.Az-a ünvanlanan şikayət ictimailəşdirildikdən sonra məsələ öz həllini tapıb.

Belə ki, Xəzər rayon İcra Hakimiyyəti sakinlərin şikayətinə cavab olaraq bildirib ki, bu ilin əvvəlindən başlayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən investisiya layihəsi üzrə Xəzər rayonunda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə qəsəbədaxili yolların təmirinə başlanılıb.

Eyni zamanda qeyd olunub ki, yenidənqurma işləri çərçivəsində Türkan qəsəbəsi Üzümçülük Sovxozu ərazisində təmirə ehtiyacı olan digər küçələrin də əsaslı təmir edilməsi nəzərdə tutulur. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri