19 
Fev
2020
11:37
85
18
1846
Virtual karabakh

Rusiyada həmyerlisini öldürən azərbaycanlıya hökm oxundu

19 Fev, 2020
11:37
1846

Rusiyada həmyerlisini öldürən azərbaycanlıya hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşının məhkəməsi olub.

Strogino.mos.ru-nun xəbərinə görə, azərbaycanlı istintaqdan yayınmaq üçün soyadını dəyişib.

Məlum olub ki, Cavadzadə Famil İsmayıl oğlu Moskvada köhnə tanışı Qasımov M. ilə mübahisə edib və dəmir parçası ilə onun sinəsinə və qarnına üç dəfə zərbə endirib.

Nəticədə Qasımov ölüb. Hadisəni törədən Cavadzadə Azərbaycana qaçaraq gizlənib.

O, axtarışa verildiyini bilib və soyadını Cavadov olaraq dəyişib. Bir il altı aydan sonra həmin şəxs tutulub.

Məhkəmə prosesində Cavadzadə günahını qısmən qəbul edib və etdiyi əməldən peşman olmadığını bildirib.

Məhkəmə qərarı ilə o, “qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri