19 
Fev
2020
15:31
105
45
2055
Virtual karabakh

Azərbaycanlıları qanunsuz işə cəlb edən rusiyalı cərimələndi

19 Fev, 2020
15:31
2055

Azərbaycanlıları qanunsuz işə cəlb edən rusiyalı cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Tümen vilayətində azərbaycanlıları qanunsuz olaraq işə cəlb edən yerli vətəndaş saxlanılıb.

Proctmo.ru-nun xəbərinə görə, rusiyalı dörd azərbaycanlını işə cəlb edib.

Tikinti sahəsində suvaqçı işləyən həmin şəxslərin Rusiya ərazisində çalışmaq icazəsi olmayıb.

Rusiya vətəndaşı barəsində “Rusiya ərazisində işləmək icazəsi olmayan xarici vətəndaşların əməyə cəlb edilməsi” maddəsi ilə inzibati cəza müəyyən edilib.

Qanunu pozan həmin şəxs 8000 rubl (212 AZN) cərimə ödəməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri