19 
Fev
2020
16:06
9
243
5990
Virtual karabakh

Bakıda 42 yaşlı şəxs xəstəxanada ölüb

19 Fev, 2020
16:06
5990

Bakıda 42 yaşlı şəxs xəstəxanada ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 42 yaşlı xəstə vəfat edib.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsində baş verib. 

Məlumata görə, 1978-ci il təvəllüdlü xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna fevralın 18-də daxil olub. O, Ağciyər İnstitutuna müraciət edən zaman vəziyyəti kritik olub.

Həkimlər müayinə zamanı xəstəyə ikitərəfli ağır gedişli pnevmoniya, kəskin ağciyər-ürək çatışmazlığı və ikinci tip şəkərli diabet diaqnozu qoyub. Xəstə dərhal birinci Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün axşam saat 19:10-da xəstənin bioloji ölümü gerçəkləşib. 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiqləyib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri