19 
Fev
2020
22:07
200
90
5572
Virtual karabakh

Yol Polisi məktəblilərə mükafat verdi - FOTO

19 Fev, 2020
22:07
5572

Yol Polisi məktəblilərə mükafat verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şagirdlərin yol hərəkəti qaydaları haqqında biliklərinin təkmilləşdirilməsi məqsədilə tədbir keçirilib. 

Oxu.Az xəbər verir ki, maarifləndirici tədbir Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə paytaxtın Humanitar Fənlər Təmayüllü məktəb-liseyində baş tutub. 

Tədbirdə altıncı sinif şagirdləri və müəllim kollektivi iştirak edib. Şagirdlər arasında “Yol hərəkəti haqqında qanun”un müvafiq maddələri əsasında kiçik bilik yarışması keçirilib. 

Şagirdlər dörd komandaya bölünərək, verilən tapşırıqları yerinə yetirməyə çalışıblar. 

Suallar işıqforlardan, yol hərəkət nişanlarından, piyada keçidlərindən düzgün istifadə qaydalarını əhatə edib. 

Yarışmanın nəticələri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirin keçirilməsinə şərait yaratdığı üçqn BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Humanitar Fənnlər Təmayüllü məktəb-liseyinin rəhbərliyinə təşəkkür edib. 

Daha sonra polis polkovniki Vaqif Əsədov yarışmada qalib gələn komanda heyətini təbrik edib, onlara diplom və medalları təqdim edib. 

Yarışmada iştirak edən digər komandalara da həvəsləndirici hədiyyələr təqdim olunub.

Könül Cəfərli 
Foto: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri