20 
Fev
2020
17:26
20
149
5869
Virtual karabakh

Təhsil Nazirliyindən külli miqdarda qaz borcu ilə bağlı AÇIQLAMA

20 Fev, 2020
17:26
5869

Təhsil Nazirliyindən külli miqdarda qaz borcu ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi 15 təhsil müəssisəsinin qaz istehlakına görə yaranan 28 min borcla bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyinin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin təhsil müəssisələrinin qazdan istifadəyə görə borcu yoxdur:

“Belə ki, borcun 24, 6 min manatı 4 fevral, qalan 4,1 min manatı isə 20 fevral 2020-ci il tarixində ödənilib”.

Qeyd edək ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, Təhsil Nazirliyi 15 təhsil müəssisəsinin qaz istehlakına görə yaranan borcunu ödəyə bilmədiyi üçün məhkəmə verilib. “Azəriqaz” İstehsalat Birliyinin Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, nazirliyin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə qarşı iddia qaldırması barədə məlumat yayılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri