20 
Fev
2020
20:48
65
275
11999
Virtual karabakh

Nazirlik qadınların “qul bazarı” ilə bağlı hərəkətə keçdi - VİDEO

20 Fev, 2020
20:48
11999

Nazirlik qadınların “qul bazarı” ilə bağlı hərəkətə keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku.TV-nin Bakının Maştağa qəsəbəsindəkı “Qadınların fəhlə bazarı”ndan hazırladığı reportajdan sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları həmin ərazidə olublar. 

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, nazirlik əməkdaşlarının apardığı söhbətlər zamanı məlum olub ki, əraziyə mütəmadi olaraq müxtəlif yaşlarda 10-12 qadın gələrək sifarişlərə uyğun qeyri-formal şəkildə müxtəlif işlərdə, əsasən də ilkin peşə hazırlığı tələb olunmayan müxtəlif ev təsərrüfatı işlərində gündəlik qazanc müqabilində işçi xidmətlərini təklif edirlər. 

Aparılan söhbətlər əsnasında onların əsasən ölkənin bölgələrindən gəldikləri və işlə təmin edilmək üçün çoxlarının heç zaman məşğulluq orqanlarına müraciət etmədikləri müəyyən olunub. 

Bunun səbəbini soruşduqda isə sadəcə sərbəst rejimdə və günəmuzd qazanc müqabilində işləməyi üstün tutduqlarını bildiriblər. 

Həmin qadınlarla bağlı məlumatlar toplanıb, hər birinin mövcud ailə vəziyyəti, yaşayış vəziyyəti öyrənilib. Onların məşğulluğunun təmin edilməsi, müvafiq aktiv məşğulluq tədbirlərinə, eləcə də ödənişli ictimai işlər proqramına cəlb olunmaları üçün işlər aparılacaq. Eyni zamanda, işlə təmin olunduqdan sonra da mövcud ailə vəziyyətləri nəzərə alınmaqla mümkün sosial müdafiə tədbirləri, o cümlədən sosial yardım proqramı ilə əhatə olunmaları imkanları da araşdırılacaq. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri