21 
Fev
2020
00:47
9
155
5000
Virtual karabakh

Bakının mərkəzində binanın damı yanıb

21 Fev, 2020
00:47
5000

Bakının mərkəzində binanın damı yanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında yanğın baş verib. 

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə də məlumat daxil olub. 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hazırda ərazidə müayinələr aparılıb. 

Qeyd edək ki, yanğınla əlaqədar ətraf küçələrdə hərəkət məhdudlaşdırılıb. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri