21 
Fev
2020
14:10
10
225
5694
Virtual karabakh

Azərbaycanda bir ailənin üç üzvü qəzada öldü

21 Fev, 2020
14:10
5694

Azərbaycanda bir ailənin üç üzvü qəzada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə N.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi - 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri