21 
Fev
2020
14:14
129
17
2509
Virtual karabakh

Qazaxda qədim dövrə aid küp tapılıb - VİDEO

21 Fev, 2020
14:14
2509

Qazaxda qədim dövrə aid küp tapılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax rayonunda qədim küp tapılıb.

Baku TV xəbər verir ki, tarixi tapıntı Çaylı kəndi ərazisində, sakinlər tərəfindən aşkar edilib.

Küp Qazax Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. 

Üzərində cızma üsulu ilə, üçbucaq naxışlar həkk olunan küp hələ araşdırılmayıb. Muzeydəki digər eksponatlarla oxşarlığından küpün Son Tunc dövrünə aid olduğu güman edilir. 

Qeyd edək ki, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyalarında Qazax rayonunun tarixi, bu ərazidə tapılan qədim əşyalar, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb.

Burada Daş dövründən başlayaraq, orta əsrlər də daxil olmaqla, bu bölgənin təşəkkül tarixini əks etdirən maraqlı əşyalar sərgilənir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri