21 
Fev
2020
16:59
69
18
4066
Virtual karabakh

İstirahət günlərində hava necə olacaq?

21 Fev, 2020
16:59
4066

İstirahət günlərində hava necə olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həftəsonuna olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında arabir yağış yağacağı, fevralın 23-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti olacaq.

Aran rayonlarında havanın yağmursuz keçəcəyi, lakin fevralın 22-də gecə bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-13 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri