22 
Fev
2020
17:37
10
187
4051
Virtual karabakh

Qrunt suları bu kəndin həyatını iflic edib - VİDEO

22 Fev, 2020
17:37
4051

Qrunt suları bu kəndin həyatını iflic edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlı rayonu Minbaşılı kənd sakinləri illərdir ki, həyətlərinə qrunt sularınının yığılmasından əziyyət çəkir. Bu qrunt suları həm həyətyanı təsərrüfatı yararsız hala, həm də evləri qəzalı vəziyyətə salır. 

Baku TV xəbər verir ki, kənddə xüsusilə payız-qış aylarında həyətlərə yığılan su pik həddə çatır.

Suyun həyətyanı sahələrə yığılmasına səbəb isə kəndin içindən keçən su kanalının uzun illər qazılmamasıdır. 

Kənd sakini Xədicə Abbasova bildirir ki, həyətinə yığılan suyun səviyyəsi o qədər artıb ki, o artıq evdən çıxa bilmir. Qrunt suları səbəbindən həyətyanı sahələrindən də istifadə edə bilmirlər. 

Saatlı Rayon İcra Hakimiyyətinin Saatlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəsi Nəsir Qədirov bildirir ki, sakinlərin üzləşdiyi problemdən məlumatlıdırlar və tez bir zamanda problemin həlli üçün çalışacaqlar. 

Problemin tezliklə öz həllini tapması labüddür. Çünki ilin dörd fəsli yığılıb qalan su, həm də müxtəlif xəstəliklərə səbəb ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri