22 
Fev
2020
21:49
221
21
3104
Virtual karabakh

Bakıda velosiped oğrusu saxlanıldı

22 Fev, 2020
21:49
3104

Bakıda velosiped oğrusu saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. 

Oxu.Az xəbər verir ki, hadisə fevral ayının 19-da Yasamal rayonu D.Bünyadzadə küçəsində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Müraciət əsasında Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən ünvanda yaşayan İ.İsgəndərovun velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1990-ci il təvəllüdlü O.Ələkbərzadə saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri