22 
Fev
2020
16:28
16
218
3445
Virtual karabakh

Bakıda daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

22 Fev, 2020
16:28
3445

Bakıda daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha bir avtobus sürücüsünün qaydaları kobud surətdə pozmasının görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, 35 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü bütün yol boyu mobil telefonla danışıb. 

Sürücünün sükan arxasında telefonla danışdığına dair videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Paylaşım edən şəxs videonun yanvarın 22-də lentə alındığını qeyd edib:

“35 nömrəli avtobusun sürücüsü demək olar ki, bütün yol boyu telefonla danışıb. Bakıxanovda yerləşən “Badu Kübə” restoranından Əhmədli metrosuna qədər telefonu yerə qoymayıb”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri