23 
Fev
2020
18:00
484
38
10076
Virtual karabakh

26 yaşlı xanımın lider namizəd olduğu dairənin 11 məntəqəsinin nəticələri etibarsız sayıldı

23 Fev, 2020
18:00
10076

26 yaşlı xanımın lider namizəd olduğu dairənin 11 məntəqəsinin nəticələri etibarsız sayıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Oxu.Az-ın məlumatına görə, həmin dairə üzrə namizədlər Natiq Cəfərlinin və Elman Quliyevin müraciətində bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

Bu barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, səkkiz seçki məntəqəsində qanun pozuntularının olduğu öz təsdiqini tapıb. 

A.Muxtarova təklif edib ki, həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılsın. 

MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntəqələrdə də qanun pozuntularının olduğunu söyləyib. 

O, həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsini təklif edib. 

Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. 

Qeyd edək ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə lider namizəd Səbinə Xasayevadır. Onun 26 yaşı var. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri