23 
Fev
2020
21:32
19
180
5002
Virtual karabakh

Bakıda qayda pozan sürücü qəza törədib - FOTO/VİDEO

23 Fev, 2020
21:32
5002

Bakıda qayda pozan sürücü qəza törədib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında keçərək sola dönmə əməliyyatı etmək istəyib. Lakin “yol ver” nişanının tələbini pozub və qarşıdan gələn nəqliyyat vasitəsini gözləməyib. Bu zaman “Toyota Prado” markalı avtomobil “Mercedes”ə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşları başqa hadisənin baş verməməsi üçün yolda tənzimləmə işləri aparıb.

Faktla bağlı araşdırma aparılır. 

Kamil Əmirli

Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri