24 
Fev
2020
00:55
51
188
9070
Virtual karabakh

Gözəllik ondur, doqquzu Çindən gəlib: Kosmetika bazarında qiymətlər bahalaşdı - VİDEO

24 Fev, 2020
00:55
9070

Gözəllik ondur, doqquzu Çindən gəlib: Kosmetika bazarında qiymətlər bahalaşdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın probleminə çevrilmiş koronavirus hər sahədə olduğu kimi kosmetoloji sahəyə də öz zərərini verib. Çünki kosmetika bazarının 70 faizini məhz Çin məhsulları tuturdu. Hazırda isə Çindən məhsul gəlmədiyindən bu sahədə də ciddi problemlər ortaya çıxıb. Belə ki, kosmetoloji prosedurlar və alınacaq məhsulların qiyməti artıb.

Koronavirus təhlükəsi kosmetoloji bazarı da alt-üst edib. İstər kosmetik məhsullar, istərsə də kosmetoloji prosedurların qiymətləri 50 faizdən çox artıb.

Kosmetoloqların sözlərinə görə, əvvəllər adi bir prosedur üçün 50-100 manat tələb olunurdusa, artıq bu, iki dəfədən çox bahalaşıb. Bununla yanaşı, müştərilərin seçim imkanı da azalıb.

Artıq insanlar Avropadan gələn bahalı məhsullara müraciət etməli olurlar ki, bu da bəzilərinin büdcəsinə uyğun olmur.

Kosmetik məhsullar bazarında da artım var. Mağazalar Çindən məhsul gəlməməsinin bazara ciddi təsir etdiyini bildirirlər.

Satıcıların sözlərinə görə, artıq ucuz məhsul olmadığından alıcılar daha çox nisbətən bahalı məhsullara müraciət etməli olurlar.

Qeyd edək ki, kosmetika bazarının 70 faizini məhz Çin məhsulları tuturdu.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri