23 
Fev
2020
23:04
18
186
5918
Virtual karabakh

Bakıda sərnişin avtobusu belə yandı - VİDEO

23 Fev, 2020
23:04
5918

Bakıda sərnişin avtobusu belə yandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda marşrut avtobusu yanıb. Yanmağa başlayan 208 saylı avtobusdan sərnişinlər dərhal düşərək ərazidən uzaqlaşıblar. Məsələyə Bakı Nəqliyyat Agentliyi də münasibət bildirib.

Sərnişinlər yanan avtobusdan təxliyyə edilib.

Hadisə bir neçə gün bundan əvvəl Bakıda baş verib. Magistral yolda yanan avtobus yaxınlıqdan keçən sürücülər üçün həyəcanlı anlar yaşadıb.

208 nömrəli marşrut avtobusunun yanma görüntülərini elə sərnişinlərdən biri çəkərək “Xəzər Xəbər”ə göndərib.

Hadisə ilə bağlı sözügedən avtobusun sürücüləri və dispeçerlə əlaqə saxlanılıb. Onlar məsələdən xəbərsiz olduqlarını, hətta belə bir hadisənin olmadığını iddia ediblər.

Əslində baş verən bu hadisə ictimai nəqliyyatda təhlükəsizlik məsələsini bir daha gündəmə gətirir. Biz də avtobuslarda yanğınsöndürən cihazların olub-olmadığını araşdırdıq.

Yanan avtobusla bağlı məsələyə Bakı Nəqliyyat Agentliyi də münasibət bildirib. Agentliyin məlumatında qeyd olunur ki, hadisə Maqna Trans MMC-nin müvəqqəti istismarında olan 208 nömrəli marşrut avtobusunda qeydə alınıb. Bu hal bir daha bir çox daşıyıcılara məxsus avtobusların texniki baxımdan yararsız olmasının əyani sübutudur.

Bakı Nəqliyyat Agentliyi bu cür texniki baxımdan yararsız avtobusların xətdən çıxarılması və yeniləri ilə əvəz olunması ilə əlaqədar dəfələrlə daşıyıcılara xəbərdarlıq edib. Buna məhəl qoymayanlar bilməlidirlər ki, onlara marşrut xəttinin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri