25 
Fev
2020
11:29
53
420
9719
Virtual karabakh

Şəhidimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

25 Fev, 2020
11:29
9719

Şəhidimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi dəfn edilib. 

Şəhid İbrahim Vəliyev Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

10:33

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi nəticəsində şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunu ilə vida mərasimi başlayıb. 

Oxu.Az xəbər verir ki, vida mərasimi Zərdab Rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində keçirilir.

Vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab və Kəlbəcər rayon şöbələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidimiz Zərdab rayonunda dəfn ediləcək. 

Qeyd edək ki, fevralın 24-ü saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Onun nəşi dünən axşam saatlarında dəfn olunacağı Zərdab rayonuna gətirilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri