25 
Fev
2020
10:03
107
21
3167
Virtual karabakh

Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum oldu

25 Fev, 2020
10:03
3167

Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Oxu.Az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

Hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilən zaman bir ədəd “Glock-19” markalı tapança, iki ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri