25 
Fev
2020
15:25
103
18
6077
Virtual karabakh

Məktəb direktorunun işdən çıxarılması ilə bağlı rəsmi AÇIQLAMA

25 Fev, 2020
15:25
6077

Məktəb direktorunun işdən çıxarılması ilə bağlı rəsmi AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi İsmayılov Mehman Novruz oğlunun Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktoru vəzifəsindən məcburi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Biləsuvar Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məktəbdə hazırda yeddi şagirdlə iki sinif komplektində tədris aparılır:

“Tərəfimizdən məktəbin bağlanılması ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edilib. Hazırda məktəbdə direktor işləməyə real namizəd yoxdur. Odur ki, qonşu məktəbin direktor müavini Əlitudə Eyniyevə Arazbarı kənd ümumi orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra etmək tapşırılıb”.

Məlumatda qeyd edilib ki, M.İsmayılov Rayon Təhsil Şöbəsindən ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xəstəliyi ilə bağlı xitam verilməsini xahiş edib. Onunla bağlanılmış  əmək müqaviləsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin  21 oktyabr  2019-cu il tarixli K-1592 nömrəli əmri ilə xitam verilib. 

Qeyd edək ki, Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktorunun məcburi şəkildə işdən çıxarılması barədə məlumat yayılıb. Direktor sosial şəbəkə vasitəsi ilə videogörüntü yayaraq bildirib ki, ona işdən çıxması üçün Biləsuvar Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov tərəfindən təzyiqlər olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri