26 
Fev
2020
14:19
82
56
10989
Virtual karabakh

Səhiyyə Nazirliyi koronavirusdan qorunmanın yollarını açıqladı - VİDEO

26 Fev, 2020
14:19
10989

Səhiyyə Nazirliyi koronavirusdan qorunmanın yollarını açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi koronavirusdan qorunmanın yollarını açıqlayıb.

Video şəklində yayılan məlumatda əlləri yeməkdən əvvəl və ictimai yerlərdə gəzintidən sonra ilıq su və sabunla ən azı 20 saniyə ərzində yumaq lazım olduğu bildirilib:

“Yaxınlığınızda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmağa çalışın. Özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin.

İş masasının üstü hər gün spirtlə dezinfeksiya edilməlidir. Qapı dəstəklərini, mətbəx mebellərini, stol, tualet, telefon, klaviatura və vanna otağını təmiz saxlayın”.

Qeyd olunub ki, heyvanlar da koronavirusun daşıyıcısı ola bilər:

“Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, ehtiyac yoxdursa, canlı və ya ölü heyvanlara toxunmayın. Heyvanlarla təmasdan sonra əllərinizi yumağı unutmayın. Ət məhsullarının yaxşı bişirilməsinə  diqqət edin”, - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri