26 
Fev
2020
16:41
16
167
6036
Virtual karabakh

BŞİH mitinqlə bağlı müraciətə cavab verdi

26 Fev, 2020
16:41
6036

BŞİH mitinqlə bağlı müraciətə cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat” və REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

Oxu.Az-ın məlumatına görə, fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib.

Qeyd edək ki, fevralın 24-də REAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, “Müsavat” Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri