26 
Fev
2020
17:24
22
193
8494
Virtual karabakh

Masallıda üç nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir: Burnu amputasiya olunub

26 Fev, 2020
17:24
8494

Masallıda üç nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir: Burnu amputasiya olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunun Təzəkənd kəndində qətl törədib, sonra özünü güllələyən Sarvan Ağayev Bakıya göndəriləcək.

Masallı Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisəni törədən şəxsin vəziyyəti ağırdır.

“Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burnu amputasiya olunub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan - 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nahiyəsində qəlpəli yaralar var”.

Qeyd edək ki, bu gün günorta saatlarında Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib.

Hadisə nəticəsində M.Nəbiyev və A. Nəbiyeva hadisə yerində ölüb, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri